Ukrayna və Rusiya arasında danışıqlar BAŞLADI

Hazırda oxunan: Ukrayna və Rusiya arasında danışıqlar BAŞLADI

62326

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Bizim.Media BelTA-ya istinadən xəbər verir ki, nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.

Qeyd edək ki, saat 13:00-da planlaşdırılan görüş hər 2 tərəf öz dilində danışmaq istədiyi üçün vaxtından 1 saat gec başlayıb.

 

*** 12:27

Ukrayna ilə danışıqlar yaxın bir neçə saat ərzində başlamalıdır.

Bizim.Media xəbər verir ki, bunu TASS-a Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski deyib.

“Yalnız indi bizə məlumat daxil olub ki, onlar (ukraynalılar) təxminən bir saat sonra gələcəklər, müvafiq olaraq, saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da) danışıqlar masasına oturacağıq”, deyə o, qeyd edib.

Medinski vurğulayıb ki, Rusiya tərəfi Ukrayna nümayəndə heyətini “səbirlə və sakitliklə” gözləyir:

“Biz artıq bir gündür dünən axşamdan Ukrayna ilə razılaşdırılmış yerdə, Belarusdayıq.  Təəssüf ki, çətin logistika səbəbindən Ukrayna nümayəndə heyətinin gəlişi bir neçə dəfə təxirə salınıb”.

Medinski bildirib ki, danışıqlarda Ukrayna nümayəndə heyəti kifayət qədər yüksək səviyyədə təmsil olunacaq, lakin Rusiya Federasiyasının danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlamağa səlahiyyəti yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin