Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hesab edir ki, dünən Ukrayna üçün Rusiya ilə hərbi qarşıdurmada mühüm gün olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Gordonua.com” nəşri yayıb.
“Dünən əsl dönüş nöqtəsi idi. Müharibə Avropa müharibəsinə çevrildi. Bunu nəhayət başa düşdülər. Artıq Avropanın yarısı bizə silah və qoruyucu vasitələr toplayır, qablaşdırır və göndərir. Real yardım göstərən dövlətlərin dairəsi xeyli artıb”, - Reznikov fevralın 28-də səhər Facebook-da yazıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna Rusiyanın itkilərini açıqladı: 29 təyyarə, 29 vertolyot, 191 tank...
O xatırladıb ki, ukraynalılar 96 saatdır Rusiya ordusuna müqavimət göstərirlər.
“Dörd gün qələbə, cəsarət, fədakarlıq və iman. Ukrayna uğrunda canını verənlərin yanında həmrəy olmaq üçün növbədə dayanan həmvətənlərimizə heyranıq. Qadın və uşaqlarımızı qətlə yetirən, dinc şəhərləri yerlə-yeksan edən düşmən cəzasını alacaq. Mütləq sərt cəzalandırılacaq”, nazir əminliklə bildirib.
Reznikov qeyd edib ki, Ukrayna müxtəlif ölkələrin dəstəyini hiss edir.
“Avropa artıq on minlərlə insanı – körpələrimizi və onların analarını müvəqqəti sığınacaqla təmin edib. Heç bir rəsmiyyət olmadan. Özününkü kimi. İndi qərbdə bizim sərhədimiz yoxdur.
Cənubda, Uzaq Şərqdə və Atlantik okeanının o tayında dəstəyimiz var. Bütün bunlar qəzəblənmiş tirana tabe olmaqdan imtina edən və mütləq qalib gələcək bütün Ukrayna xalqının müdafiəçilərinin xidmətləridir. Ukrayna qalib gələcək! Ukraynaya eşq olsun”, nazir yazıb.
Bizim.Media