Şəmkir Rayon Prokurorluğu qadının qətli ilə bağlı məlumat yayıb.
Prokurorluqdan Bizim.Media-ya daxil olan məlumatda deyilir:
"Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdə boğazı kəsilən qadının həyatı ilə bağlı TƏFƏRRÜAT
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Bizim.Media