Şəmkirdə boğazı kəsilən qadının həyatı ilə bağlı TƏFƏRRÜAT

Hazırda oxunan: Şəmkirdə boğazı kəsilən qadının həyatı ilə bağlı TƏFƏRRÜAT

62249

Şəmkir rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, İrmaşlı kəndin sakini, 1998-ci il təvəllüdlü Aytac Famil qızı Piriyeva kəndin kənarında, boş sahədə bıçaqla boğazı kəsilərək qətlə yetirilib.

Hadisəni törətməkdə isə onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Piri Əli oğlu Piriyev şübhəli bilinir. O, könüllü olaraq polisə təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, əvvəllər ailəli olmuş A.Piriyeva bir müddət öncə rayon mərkəzindəki kompüter kursuna gedib.

Qadının orada kollektivlə çəkilən fotolarını görən P.Piriyev əmisi qızını qısqanıb və buna görə də tərəflər arasında mübahisə yaranıb.

Bu zaman əmisi qızını avtomobilə əyləşdirib kəndin kənarınakı boş sahəyə aparıb və orada qadının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, A.Piriyeva boşandıqdan sonra anası və qardaşı ilə birgə qalırmış, onun az yaşlı bir oğlu var.

Hadisəni törətməkdə şübhəli bilinən P.Piriyev subay olub. Onların hər ikisinin ataları dünyasını dəyişib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin