Bakıda “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirildi  – FOTO

Hazırda oxunan: Bakıda “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirildi  – FOTO

62106

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində bu gün Bakı Konqres Mərkəzində “Ədalətsizliyin 30 ili” adlı beynəlxalq anım tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, hibrid formada baş tutan tədbirdə dövlət rəsmiləri, ölkəmizdə təhsil alan xarici və yerli tələbələr, diplomatik korpus nümayəndələri, Xocalı soyqırımı şahidləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edib, həmçinin ölkəmizin 55 regionundan və Türkiyənin 81 vilayətindən mindən çox gənc onlayn şəkildə tədbirə qoşulub.

Tədbirdən öncə iştirakçılar dünya şöhrətli fotojurnalist Reza Deqatinin Xocalı soyqırımından dərhal sonra lentə aldığı, Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto-sərgi ilə tanış olublar.

R.Deqati ziyarətçilərə fotolar barədə məlumat verib, gənclərin suallarını cavablandırıb. Bakı Konqres Mərkəzində, həmçinin, digər yerli və xarici fotoqrafların çəkdiyi, Xocalı soyqırımını əks etdirən şəkillər də nümayiş olunub.

“Xocalıya ədalət” kampaniyasının xüsusi stendində kampaniya tərəfindən soyqırımı həqiqətləri ilə bağlı nəşr edilmiş çoxsaylı kitab, buklet və broşurlar, maarifləndirici təbliğat materialları, həmçinin kampaniyanın loqosu və şüarları əks olunan təbliğat materialları gənclərə nümayiş olunub.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirin bədii hissəsində isə peşəkar aktyorlar tərəfindən Xocalı sakinlərinin üzləşdiyi qəddarlığı əks etdirən tamaşa nümayiş etdirilib.

Tamaşa zamanı arxa fonda yerləşdirilən monitorda yaşananları əks etdirən real fotolar tamaşaçılarda kədərli emosiyalar yaradıb.

Tədbirin yekununda yerli və xarici tələbələrin iştirakı ilə “Xocalı soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsi” mövzusunda panel müzakirə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin