Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və köməkçiləri AFFA-nın əməkdaşları ilə birlikdə Xocalı soyqırımını yad ediblər.
Bizim.Nedia xəbər verir ki, onlar soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakının Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:46 / 26.02.2022
De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət etdi
Hazırda oxunan: De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət etdi
Hazırda oxunan: De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət etdi
62073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.