ABŞ-ın Arizona ştatını təmsil edən respublikaçı konqresmen Pol Qosar Konqresdəki çıxışı zamanı Xocalı soyqırımının 30 illiyi ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.
Bizim.Media xəbər verir ki, konqresmen çıxışında hər kəsin keçmişdən dərs almalı olduğunu söyləyib:
“Xanım sədr, 30 il əvvəl 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin anmaq üçün çıxış edirəm. Mən bir daha bu tarixi faciəni həlak olan insanların xatirəsini yad etmək üçün buradayam. Xocalı faciəsi Azərbaycanın qonşu Ermənistanla münaqişəsi zamanı baş verib. Qarabağ bölgəsinin Xocalı rayonunda mülki azərbaycanlılar heç bir fərq qoyulmadan hədəfə alınaraq atəşə məruz qalıblar. Nəticədə, 613 nəfərə qədər mülki şəxs həlak olub, daha çox sayda yaralı və girovun olduğu bildirilir”.
Konqresmen deyib ki, baş vermiş hadisəni dəyişmək artıq mümkün olmasa da, qurbanları yad edə və mülki şəxslərin hədəfə alınması heç bir halda qəbul edilən olmadığını dünyaya xatırlada bilərik:
“Biz keçmişdən dərs almalıyıq. ABŞ sülhü dəstəkləyərək Xocalıda həlak olanların xatirəsini yad edir ki, bir daha heç kəs eyni aqibəti yaşamasın. Xanım sədr, biz bu gün Xocalı qurbanlarını dərin kədərlə anırıq və onların xatirəsini qəlbimizdə və xatirəmizdə daim yad edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:49 / 26.02.2022
Amerikalı konqresmen Konqresdə Xocalı soyqırımını yad etdi
Hazırda oxunan: Amerikalı konqresmen Konqresdə Xocalı soyqırımını yad etdi
Hazırda oxunan: Amerikalı konqresmen Konqresdə Xocalı soyqırımını yad etdi
62050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.