Astarada bəşəriyyətin ən dəhşətli qətliamı belə QEYD OLUNDU - FOTO  

Hazırda oxunan: Astarada bəşəriyyətin ən dəhşətli qətliamı belə QEYD OLUNDU - FOTO  

62025

Astarada Xocalı faciəsinin 30-cu ildönümü qeyd edilib.  

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə Astarada Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.  

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, aparat işçiləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri Astara şəhərindəki Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək, Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.   

Daha sonra rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən foto-sərgi və kompozisiya nümayiş etdirilib.

İştirakçılara qeyd edilib ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırım, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür. Qeyd edilib ki, Xocalıdakı qətliamın xüsusi qəddarlıqla törədilməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətlərə dözə və dirçələ bildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırmalar aparır.   

Bildirilib ki, 30 il bu ağır dərdlərə dəyanətlə sinə gərən müdrik xalqımız yurd həsrəti, yurd nisgili ilə ürəyi göynəsə də səbirlə qisas gününü gözlədi. Nəhayət ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi.
Rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin və Qəhrəman oğullarımızın sayəsində düşmənin işğalına son qoymaqla, Azərbaycan xalqı bütün dünyada qalib xalq, müzəffər xalq kimi tanınır, yaşayır və yaşayacaq.  

Asəf Ayazoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin