Xocalının əsas qatillərinin SİYAHISI – Kimlər gəbərib, hansılar hələ də cəzasını gözləyir?

Hazırda oxunan: Xocalının əsas qatillərinin SİYAHISI – Kimlər gəbərib, hansılar hələ də cəzasını gözləyir?

62016

1992-ci ilin bu günündə əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən Xocalı şəhəri tarixin ən dəhşətli insanlıq cinayətlərindən birinə ev sahibliyi etdi. Sanki öz aralarında “kim daha çox vəhşidir?” sualına cavab axtarırmışcasına körpələrə, qadınlara, yaşlılara qənim kəsilənlərin bir qismi o biri dünyada cəzalarını çəksələr də, bəziləri hələ də ilahi və hüquqi cəzadan məhrum qalıblar.

Bizim.Media Xocalıda soydaşlarımıza qarşı soyqırım törədən cəllad “başlar”ını siyahısını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Xocalı soyqırımından 30 il ötür


1. Serj Sarkisyan. Ermənistanın eks-prezidenti 1989-1992-ci illərdə “DQR”in özünümüdafiə qoşunlarına rəhbərlik edib. 1992-ci ildə Xocalıya hücum əmrini də məhz Serjik verib və olaylarda iştirakını açıq şəkildə etiraf edib. Hal-hazırda “Mənim şərəfim var” partiyasının sədridir.

2. Robert Köçəryan. 1999-2008-ci illərdə Ermənistana rəhbərlik etmiş Köçəryan erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə rəhbərlik etmişdir. Köçəryan Xocalı hadisələrində iştirakını açıq şəkildə etiraf etməsə də, girovluqdan azad edilmiş soydaşlarımız arasında Robert tərəfindən işgəncəyə məruz qaldığını bildirinlərinlərin sayı kifayət qədərdir. Hal-hazırda “Hayastan” blokunun rəhbəridir.

3. Seyran Ohanyan. Ermənistan parlamentinin deputatı, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan 366-cı moto-atıcı diviziyanın 3 batalyonundan birinə rəhbərlik edib və Xocalıda törədilən soyqırımda onun dəstəsi xüsusi fəallığı ilə seçilib.

4. Zori Balayan. Erməni revanşizmin ideoloqlarından olan yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdiyi bəşəri cinayətləri aşkar şəkildə qələmə alıb.

5. Bako Saakyan – Qondarma Respublikanın keçmiş rəhbəri. 1990-92-ci illərdə “DQR” özünümüdafiə qüvvələrinin rəhbərlərindən biri olan Saakyan Xocalıya hücum əməliyyatına rəhbərlik edənlərdən biri olub. Hal-hazırda Ermənistanda yaşayır.

6. Arkadiy Tadevosyan – Erməni general, qondarma “DQR”-in keçmiş müdafiə naziri. 2021-ci ilin martında ölüb.

7. Yuri Xaçaturyan. Ermənistan ordusunun keçmiş qərargah rəisi. 2016-cı ildə vəzifəsindən azad olunub. Haqqında korrupsiya ittihamı ilə məhkəmə işi davam edir.

8. Vitali Balasanyan. Hal-hazırda qondarma “Artsax” parlamentinin deputatlarından biridir.

9. Samvel Babayan. Qondarma qurumun keçmiş müdafiə naziri. Hal-hazırda Xankəndində yaşayır.

10. Sason Saroyan. Erməni general. 2021-ci ilin mayında ayaqları amputasiya olunub. Hal-hazırda əlil arabasına məhkumdur.

11 Aram Torqomyan. Aramo batalyonun komandiri kimi Xocalı qətliamında aktiv iştirak edib. 44 günlük müharibədə ağır yaralanıb. 

12. Manvel Qriqoryan. Hərbçi və qondarma “DQR” pralamentinin eks deputatı. 2018-ci ildə qeyri-qanuni silah daşımaqda təqsirləndirilərək həbs olunub.

13. Vazqen Sarkisyan. Ermənistanın keçmiş baş naziri. 1999-cu ilin oktyabrında Ermənistan parlamentinə hücum zamanı qətlə yetirlib.

14. Monte Melkonyan. ASALA terror təşkilatının liderlərindən biri. 1993-cü ilin yayında Ağdamın Mərzili kəndində öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin