Göygölün bu kəndində qızıl yatağı aşkarlandı - Sakinləri təcili köçürülür? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Göygölün bu kəndində qızıl yatağı aşkarlandı - Sakinləri təcili köçürülür? - RƏSMİ AÇIQLAMA

61938

Göygölün Tulallar kəndində qızıl yataqları aşkarlanıb. Artıq qızılların hasilatı prosesinə yaxın zamanlarda başlanılacaq. 

Məsələni aydınlaşdırmaq üçün Bizim.Media olaraq Tulallar kənd nümayəndəliyi ilə əlaqə saxladıq. Kənd nümayəndəsi Vahid Məmmədovun sözlərinə görə qazıntılar 4 il olar ki, başlayıb:

“80-ci illərdə geoloqların rəyinə əsasən, kəndimizdə qızıl yataqlarının olması haqqında məlumat verilib. 2018-ci ildə isə qazma işləri başladılar, yataqlar aşkarlanıb. Hazırda qazma işləri yekunlaşdırılıb və yataqlar hasilata hazırlaşma ərəfəsindədir”.

Nümayəndə həmçinin bildirib ki, kənd əhalisinin köçürülməsi məsələsi “AzərGold” QSC tərəfindən həyata keçiriləcək və məlumatlar nümayəndəlikdən gizli saxlanılır:

“Şirkət tərəfindən bu məsələlər məxfi saxlanılır bizim də məlumatımız yoxdur. Amma bildiyim qədəri ilə sakinlər başqa ərazilərə köçürüləcəklər. Həmçinin torpaqlar bir neçə illik icarəyə götürüləcək”. 

Deyilənlərin doğruluğunu təsdiqləmək üçün “AzərGold” QSC-nin mətbuat şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zəngimiz cavabsız qaldı.

Həmçinin qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən verilən məlumata görə, Göygöl rayonunun Əzgilli sahəsində də qızıla və gümüşə müsbət nəticələr alınıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin