“Azərbaycanın sözü Avronest üçün böyük əhəmiyyət kəsb edir”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Tahir Mirkişili bu gün keçirilən mətbuat konfransında bildirib.
Millət vəkili Avronestin bu ilki iclası İrəvanda olduğunu diqqətə çatdıraraq, aşağıdakı fikirləri qeyd edib:
“Biz Ermənistanın müxalif deputatlarının bizə qarşı hücumu ilə qarşılaşdıq. Biz Soltan Məmmədov birlikdə onların sərt cavabını verdik. Onlara xatırlatdıq ki, onlar bir daha belə çıxışlar etsələr, güclü Azərbaycan dövlətinin sərt reaksiyası ilə qarşılaşacaqlar. Bizə orda bildirdilər ki, sizin başınızı kəsib evinizə göndərəcəyik. Təbii ki, biz bu kimi risklərlə qarşılaşacağımızı bilirdik.
Bundan əlavə, Bizim Paşinyanla görüşlərimiz oldu. Haq üçün etiraf etmək lazımdır ki, Ermənistan höküməti də kommunikasiya xəttlərinin inkişafı naminə sülh missiyası lazımdır.
Daha sonra biz Göy Məscidə getdik və Azərbaycanın ruhunu orda hiss edirdik.
Qeyd edim ki, bu səfərdən sonra biz orda nəyəsə qadir ola bildiksə, bu bütövlükdə Azərbaycan Parlamentinin uğurudur".
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:37 / 25.02.2022
Ermənistandan qayıdan deputat DANIŞDI: “Bizə dedilər ki, başınızı kəsib evinizə göndərəcəyik”
Hazırda oxunan: Ermənistandan qayıdan deputat DANIŞDI: “Bizə dedilər ki, başınızı kəsib evinizə göndərəcəyik”
Hazırda oxunan: Ermənistandan qayıdan deputat DANIŞDI: “Bizə dedilər ki, başınızı kəsib evinizə göndərəcəyik”
61926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.