30-cu il dönümünü qeyd etdiyimiz Xocalı soyqırımı ilə əlaqədar ölkənin hər bölgəsində anım tədbirləri keçirilir, erməni vəhşiliyinin qurbanı olan dinc sakinlərin xatirəsi yad edilir. Artıq bir neçə gündür ki, Soyqırım qurbanlarının xatirəsini yad etməyə gələn paytaxt sakinləri, qazilər və Bakı məktəbliləri Xətai rayonunda ucaldılan Ana fəryadı abidəsini ziyarət edir faciə qurbanlarının ruhlarını dərin ehtiramlarını bildirillər.
Ən böyük cinayətlərdən biri sayılan Xocalı soyqırımı haqqında gələcək nəsillərə, şagirdlərə müəllimlər ətraflı məlumatlar verir gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə çalışırlar.
Böyüklərinin danışdiqları faciəni bizimlə bölüşən şagirdin dedikləri erməni vəhşiliyinin gərcək üzünü bir daha bizə göstərdi. 44 günlük müharibədə bir qardaşının şəhidlik zirvəsinə ucaldıgını, bir qardaşının isə qazi oldugunu söylədi.
Bu faciə xalqımız və gələcək nəsillər üçün unudulmazdır. Ona görə yox ki, belə müsibətlər ancaq bizim başımıza gəlib, ona görə ki, 1992-ci ildə baş verən bu hadisəni illər boyu xalq kimi qürur və intiqam hissi ilə yaşatdıq.
Sonunda isə Böyük Zəfərə nail olduq. İndi bu zəfəri qorumaq onu əbədiləşdirmək bu gün Xocalı haqqında şeir deyən bu fidanlara da aiddir.
“Ana fəryadı” abidəsinin önündə hazırladığımız videoreportajı təqdim edirik:
Şahnaz Əziz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 25.02.2022
Ermənilərin öldürdüyü 2 yaşlı körpənin bacısıuşaqları 28 il sonra qisası belə aldılar - VİDEOREPORTAJ
Hazırda oxunan: Ermənilərin öldürdüyü 2 yaşlı körpənin bacısıuşaqları 28 il sonra qisası belə aldılar - VİDEOREPORTAJ
Hazırda oxunan: Ermənilərin öldürdüyü 2 yaşlı körpənin bacısıuşaqları 28 il sonra qisası belə aldılar - VİDEOREPORTAJ
61923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.