Pensiya yaşının 65-ə qaldırılmasının XƏTALARI – İnsan şüuru nə vaxt QOCALIR? 

Hazırda oxunan: Pensiya yaşının 65-ə qaldırılmasının XƏTALARI – İnsan şüuru nə vaxt QOCALIR? 

61918

Müəyyən yaşdan sonra hər insanın orqanizm və düşüncə tərzi deformasiyaya uğrayır. Çox təcrübəli və savadlı insanların belə nitqində, eləcə də yazı qabiliyyətlərində adi, sıradan səhvlərə yol verdiyinin şahidi oluruq. Bir çox elm mərkəzlərinin gəldiyi qənaət ondan ibarətdir ki, oturaq həyat tərzi keçirən, zehni işlə məşğul olan, uzun müddət eyni işi görən insanların şüuru daha tez qocalır. 

Ümumiyyətlə hesab olunur ki, 60 yaşın üstü insanlarda artıq hərəkətlərində və qərarlarında məntiqi ardıcıllıq zəifləmiş olur.

Xüsusilə informasiya texnologiyalarının və rəqəmsal dünyanın inkişafı bu prosesi tezləşdirir. Yəni, bunun müsbət tərəfləri olsa da əks təsirləri də mövcuddur. Bu baxımdan 60 yaşdan sonr ciddi ölçülər tələb olunan işlərdə işləmək məqsədə uyğun hesab olunmur. Bunu daa çox istirahətlə və ya təbiət qoynunda mümkün olan çalışmalarla əvəz etmək lazımdır. 

Əslində, insan şüurunda qocalma prosesi hansı yaşdan sonra başlayır?

Bizim.Media-nın bu sualına sosioloq Üzeyir Şəfiyevlə cavab axtarmağa çalışmışıq. O bildirib ki, hər bir insanın filogenetik inkişafı var.

“Yəni hər bir insan bu və ya digər şəkildə inkişaf dinamikasına malikdir. Hər bir insanın orqanizmi fərqlidir. Əsasən, 60-70 yaşlardan sonra insanlarda fizioloji, somatik və psixoloji problemlər ortaya çıxır. Həmin yaş insanlarda çox vaxt demensiya görülür- onlarda artıq məntiq itməyə başlayır, yaddaşsızlıq baş verir, koqnitiv sahədə, düşüncədə problemlər yaranır”.

Sosioloq məsələnin məğzini fərqli şəkildə izah edib.

“Bu bütün insanlara şamil olunmur. Mənə elə gəlir ki, biz fərdi yanaşmalıyıq. Bəli, bu yaşla bağlı olan məsələdir və diqqətdə saxlanılmalıdır. Çünki əgər sözügedən fərdlərin müəyyən yaşdan sonra iş qabiliyyəti, funksionallığı yoxdursa, həmin insanları yeni kadrlarla əvəz etmək olar. Bu həm də gənclər arasında işsizlərin sayın azaltmış olar. Yaşı ötmüş insanlarda sağlam qocalıq yaşayar. Yaxşı olardı ki, həmin insanlara pensiya təminatı artırılsın və onlar könüllü şəkildə pensiyaya çıxsınlar. Estafeti isə gənclərə, orta yaşlılara versinlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Sağlam qocalmaq onilliyi - BMT elanı


Sosioloq bir məqamı da diqqətə çatdırıb.

“65 yaş insanlarda pensiya yaşıdır, ona görə onu misal çəkirlər. Düzdür, həmin yaşlardan əvvəldə insanlarda somatik, psixo-somatik problemlər yaranmağa başlayır. Özünün ən kritik dövrü isə 65-70 yaşdan sonra başlayır. Xüsusilə də, bu demensiya ilə bağlıdır. Deməli, buna aiddir: məntiqsizlik, şüurda, təfəkkürdə zəifləmə, yaddaşsızlıq”.

Son olaraq sosioloq vurğulayır ki, ümumi olaraq bu orqanizmin özündən asılıdır.

“Elə orqanizm var, özünü yaxşı qoruyur, elə orqanizmlər də vardır ki, sağlam həyat tərzi sürmür və ya genetik problemləri olur. Hər bir halda insanlar sağlam həyat tərzinə öyrəşməlidilər ki, erkən qocalıq yaşamasınlar”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin