Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 156 142-yə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı çərşənbə günü Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi yayıb.
Müqayisə üçün qeyd edək ki, 23 dekabr tarixində 838 (son gündə 702 nəfər) yeni infeksiya hadisəsi aşkar edilib və ümumi yoluxanların sayı 155.440 olub.
Ölənlərin sayı isə 2714 nəfərə çatıb (üstəgəl son gündə 23 nəfər).
İnfeksiyadan sağalanların sayı 136 766 nəfərdir. 15 999 nəfər müalicə olunur. Edilən testlərin ümumi sayı 575 910-dur.
Xatırladaq ki, Ermənistanda 11 yanvar 2021-ci ilə qədər davam edəcək karantin tətbiq edilib. Respublikada "Maska rejimi" qorunub saxlanılır.
Babək Göyüş, Bizim.Media