İşsizlikdən Sığorta Fondunun növbəti il üzrə xərcləri 157,8 mln. manat olaraq nəzərdə tutulub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 2,3 dəfə, 2020-ci ilin göstəricisindən isə 4,3% çoxdur.
Bizim.Media-nın məlumatına görə, bu barədə "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə bildirilir.
2021-ci ilin planına görə, özünüməşğulluq tədbirlərinin təşkili ümumi xərclərin ən böyük hissəsini – 43,6%-ni və ya 68 774,2 min manat təşkil edəcək.
Bu göstəricinin 2020-ci ilin gözlənən məbləği ilə müqayisədə 12,6% azalacağı proqnozlaşdırılır.
Bundan əlavə, xərclərin mühüm bir hissəsi Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, DOST Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanmasına yönələcək.
2021-ci ildə bu istiqamətdə yönələn xərclərin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 2,3% azalaraq 41 994,9 min manat təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Fond tərəfindən 2021-ci ildə işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 30% artaraq 13 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:01 / 24.12.2020
Gələn il işsizlər üçün 13 milyon ayrılacaq - SIĞORTA FONDU
Hazırda oxunan: Gələn il işsizlər üçün 13 milyon ayrılacaq - SIĞORTA FONDU
Hazırda oxunan: Gələn il işsizlər üçün 13 milyon ayrılacaq - SIĞORTA FONDU
6187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.