Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
"Dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1) əhatə edir.
Qeyd olunan müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək. Dəyişiklik 26.02.2022-ci il səhər saat 07:00-dan başlayaraq məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək", - məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:18 / 25.02.2022
Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda 20 avtobusun hərəkət sxemi dəyişdiriləcək
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda 20 avtobusun hərəkət sxemi dəyişdiriləcək
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda 20 avtobusun hərəkət sxemi dəyişdiriləcək
61859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.