Bu şəxslərin maaş artımı üçün 157 milyon manat ayrılacaq - RƏSMİ 

Hazırda oxunan: Bu şəxslərin maaş artımı üçün 157 milyon manat ayrılacaq - RƏSMİ 

61848

Hərbçi və hüquq mühafizə orqanlarında işləyənlərin maaş artımı üçün 157 mln. manat sərf olunacaq.  

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.  

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib.  

Minimum aylıq əmək haqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib.  

VTC üzrə işçilərdə orta aylıq əmək haqqı 387 manatdan 465 manata çatıb. Hazırda həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manat, ən yüksək - 19-cu pilləsi üzrə əməkhaqqı 979 manatdır.  

Minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir.  

2022-ci ilin əvvəlindən 165 min müəllimin əmək haqqında da orta hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550 manatdan 660 manata çatdırılıb. Bu artım üçün isə ayrılan əlavə illik vəsait 273 mln. manatdır.  
İslahatlar hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən bir sıra şəxsləri də əhatə edib. İlin əvvəlindən onların aylıq vəzifə maaşlarına 20% əlavə olunur, qeyd edilən orqanların mülki işçilərinin vəzifə maaşları da 20% artırılıb. Həmin artımlara isə il ərzində əlavə olaraq 157 mln. manat sərf olunacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin