Komitə sədri: ''Gələn il neftin qiymətin 15 faiz artacaq''

Hazırda oxunan: Komitə sədri: ''Gələn il neftin qiymətin 15 faiz artacaq''

6184

2020-ci ilin sonunadək ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılmışdı.

Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, ötən ilin büdcəsinin dürüstləşdirilməsi zamanı neftin qiyməti 35 dollar götürülüb, hazırda isə 41 dollar təşkil edir:

"2021-ci ildə isə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırlır və bu, dövlət büdcəsində neftin qiymətinin 40 dollar götürülməsini məqbul edir. 2020-ci ildə azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı, rabitə və digər sahələr ilə bağlıdır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub.

10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26 faiz olub. İndi bu rəqəm 46 faizə qədər artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatında baş verən islahatların nəticəsidir”.

Komitə sədri bildirib ki, artıq qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, infrastrukturun qurulması kimi çağırışlar var:

“2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə aparıb. Pandemiya, qlobal böhran, işğalçı Ermənistan. Dövlətin dəstəyi nəticəsində pandemiyanın təsirləri azalıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin