Sabiq prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Qazaxıstan Respublikası Parlamentinin aşağı palatası olan Məclisin deputatı mandatından imtina etmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Zakon.kz saytı yayıb.
“Bu gün mən Məclisin deputatı mandatından imtina etmək və bütün diqqətimi sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarına gəldim”, o, açıqlamasında bildirib.
Xatırladaq ki, Dariqa Nazarbayeva 2021-ci il yanvarın 15-dən yeddinci çağırış Məclisin deputatıdır.
O, İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin üzvü olub. Parlamentə “Nur Otan” partiyasınının siyahısı üzrə seçilib. Hazırda o, ictimai fəaliyyətlə məşğuldur, Nursultan Nazarbayev Fonduna rəhbərlik edir, eyni zamanda “Qazaxıstan Qadın Qüvvələri Alyansı” assosiasiyasının Himayəçilik Şurasının sədridir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:43 / 25.02.2022
Nazarbayevin qızı deputat mandatından imtina etdi
Hazırda oxunan: Nazarbayevin qızı deputat mandatından imtina etdi
Hazırda oxunan: Nazarbayevin qızı deputat mandatından imtina etdi
61810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.