Luqansk vilayətində şiddətli döyüşlər gedir - Rus işğalçıları əsir götürüldü - FOTO

Hazırda oxunan: Luqansk vilayətində şiddətli döyüşlər gedir - Rus işğalçıları əsir götürüldü - FOTO

61734

Hazırda Birgə Qüvvələr Əməliyyatı bölgəsində şiddətli döyüşlər gedir. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Əməliyyat Qərargahı yayıb.

Mənbə qeyd edir ki, Ukrayna hərbçiləri vəziyyətə operativ reaksiya verir və düşmənin hücumlarını dəf edir:

“Hazırda Luqansk vilayətində döyüşlər Sçastye və Staniça Luganskda  gedir. Rusiya Federasiyasının silahlı qüvvələri dəfələrlə çayı keçərək müdafiə xəttimizi keçməyə cəhd göstərib. Döyüş zamanı rus işğalçıları əsir götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Ka-52 zərbə helikopteri vuruldu - VİDEO 


Rusiya tankları, piyadaların döyüş maşınları və piyadalar Starobilsk ətrafında Ukrayna qoşunlarının mövqelərinə hücum edir. İşğalçılar şəhəri ələ keçirməyə çalışırlar, lakin Ukrayna əsgərləri onlara layiqli cavab verirlər. Ukraynanın tank əleyhinə bölmələri düşmənə zərbələr endirir. Döyüşlər zamanı Rusiyaya məxsus iki tank və bir zirehli transportyor artıq məhv edilib.
Şçastye ərazisində əsir düşən işğalçıların fotoları yayılıb”.

“Sumi yaxınlığında işğalçı qoşunlar Kiyev-Moskva avtomobil yoluna Rusiya Federasiyası ilə sərhəddən və təxminən Çerniqov vilayətinin Baturinə qədər əraziyə nəzarət edir”. Bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.

Rayonun Belopolye, Burin və digər yaşayış məntəqələrində vəziyyət çətinləşib. Bir Axtırka və Konotopda, Sumı və Qluxov yaxınlığında Ukrayna Silahlı Qüvvələri işğalçıya zərbələr endirir. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin