Ukraynadakı döyüşlər III Dünya Müharibəsinə səbəb ola bilərmi? – Çin də HAZIRLAŞIR

Hazırda oxunan: Ukraynadakı döyüşlər III Dünya Müharibəsinə səbəb ola bilərmi? – Çin də HAZIRLAŞIR

61699

“Rusiyanın Ukraynaya hücumu Kremlin elan etdiyi kimi “ildırımsürətli müharibə” olmadı. Ukrayna ordusu ciddi müqavimət göstərdi, hətta Rusiyanın tələfatı daha çoxdur. Üstəlik, Ukraynaya beynəlxalq dəstək hər saat bir qədər də artır. Moskva isə təklənməkdə davam edir”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsini Bizim.Media üçün şərh edən politoloq Qabil Hüseynli bildirib.

“Rusiyanın beynəlxalq hüquqa zidd olan, sırf təcavüz xarakterli, imperiya iddialarından doğan bu hücumunun ona qətiyyən uğur gətirməyəcəyini düşünürəm. Zənnimcə, ilk vaxtlar Rusiya müəyyən üstünlük qazanmağa nail ola bilsə də, müharibənin ümumi gedişi Ukraynanın xeyrinə olacaq. Çünki bütün dünya Ukraynaya yardım edir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya qarşı müharibəyə başladı – ONLAYN YENİLƏNMƏ


Rusiya bu müharibədən biabırçı şəkildə çıxacaq. Bunun üçün bir neçə gün gözləmək lazım gələcək”, - deyə politoloq vurğulayıb.

Qabil Hüseynli Rusiyaya paralel olaraq Çinin Tayvana hərbi müdaxiləyə hazırlaşdığı iddialarına və 3-cü Dünya Müharibəsi proqnozlarına da münasibətini bildirib:

“Çinlilər də özlərinin beynəlxalq hüquqa qarşı olduqlarını sübut edirlər. Tayvan müstəqil respubikadır. Doğrudur, əhalisinin böyük əksəriyyəti çinlidir, lakin Tayvan müstəqilliyini güzəştə getməyəcəyini bəyan edib. Zənnimcə, Çin buna cəsarət etməz. Əgər Pekin bu qərarı versə, o bölgədə, ABŞ, Böyük Britaniya, Avstraliya və Yaponiya kimi ölkələrin daxil olduğu kifayət qədər güclü alyansın müqaviməti ilə qarşılaşacaq. Tayvana müdaxilə Çinin ciddi məğlubiyyəti ilə nəticələnə bilər.

Dünya Müharibəsi təhlükəsi olsa da, buna qarşı mübarizə aparanlar da var. Lakin ilk növbədə Rusiya neytrallaşdırılmalıdır. Çinlə Tayvan arasındakı problemin həlli isə o qədər də çətin olmayacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin