Ukraynaya görə təcili NATO sammiti keçiriləcək – Conson açıqladı

Hazırda oxunan: Ukraynaya görə təcili NATO sammiti keçiriləcək – Conson açıqladı

61684

Moskvanın Ukraynaya müdaxiləsi ilə əlaqədar təcili olaraq NATO sammiti çağırılacaq.

Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın baş naziri Boris Conson Tvitter hesabında yazıb.

“Bu, qitəmiz üçün fəlakətdir. Bu gün Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xalqa müraciət edəcəyəm. Mən həmçinin Yeddilik (G7) qrupunun liderləri ilə danışacağam və mümkün qədər NATO liderlərinin təcili görüşünü tez keçirməyə çağıracağam”, deyə Britaniya Nazirlər Kabinetinin rəhbəri bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya qarşı müharibəyə başladı – ONLAYN YENİLƏNMƏ


Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbasın müdafiəsi üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.

Ukrayna bütün ölkə ərazisində hərbi vəziyyət tətbiq edib.

Partlayış səsləri Kiyev, Xarkov, Odessa və ölkənin digər böyük şəhərlərində, həmçinin Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrində eşidilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin