"Fransa Ukraynaya, onun suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edir".
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün tviter səhifəsində yazıb.
“Bu gün bir daha Ukrayna xalqına, Prezident Zelenskiyə dəstəyimizi, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tərəfdar olduğumuzu bəyan edirəm. Fransa iqtisadi və maliyyə sahələrində, o cümlədən müdafiə avadanlığı sahəsində öz dəstəyini nümayiş etdirməkdə davam edəcək”, - deyə paylaşımda deyilir.
MÖVZU İLƏ BAĞLI:
Zelenski dünya liderlərindən kömək istədi
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var.
Bizim.Media