Kseniya Sobçak "Ehtiyatlı olun, Sobçak" Telegram kanalında Ukraynanın müxtəlif yerlərindən atəş səslərinin eşidildiyi videoları yayımlayıb.
Bizim.Media xəbər verir ki, teleaparıcı verilişdə Rusiya prezidentinin hərəkətləri ilə bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, Putin həqiqətən də çoxdan Minsk razılaşmalarının köməyi ilə hər şeyi həll etmək istəyirdi. Amma sonda gözləməkdən vaz keçib və hər şeyi öz manerası ilə həll etmək qərarına gəlib”, deyə o, qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Putin Ukraynaya qoşun yeritməzdən əvvəl Lukaşenko ilə danışıb
Bundan əvvəl Kseniya Sobçak ukraynalılardan video göndərilmələrini xahiş etmişdi.
“Gəlin hər şeyi vicdanla, olduğu kimi göstərək, bizim təbliğatımıza arxalanmayaq”, - teleaparıcı yazıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin Donbasda xüsusi əməliyyata başlaması ilə bağlı bəyanatından sonra gecə saatlarında Ukraynada partlayışlar qeydə alınmağa başlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyət elan edib.
Bizim.Media