Bu gün Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb - FOTO
Səfər çərçivəsində nümayəndə heyətinə Füzulidə ermənilər tərəfindən törədilmiş dağıntılar, dini-mədəni abidələrin yerlə-yeksan edilməsi, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.
Moldova parlamentinin nümayəndə heyəti Füzulidən sonra Şuşaya səfər edib.
Qonaqlar Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidlərində, Cıdır düzündə olublar, Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.
Bizim.Media