Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.
Bizim.Media xəbər verir ki, Mehriban Əliyevanın video paylaşımlarında Prezidentin fikirləri yer alıb:
“Cəbrayıl rayonu ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna”.
Prezident yolboyu dağıdılmış üzüm bağlarını və kəndləri işarə edərək bildirib ki, “Bütün kəndlərimiz, tarixi və dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir”
Bizim.Media