Ermənistanın bu torpaqları Rusiyanın “Qazprom” şirkətinə verildi

Hazırda oxunan: Ermənistanın bu torpaqları Rusiyanın “Qazprom” şirkətinə verildi

61515

Ermənistanın Kotayk rayonunun Ptqni yaşayış məskənində fiziki şəxslərə və icmaya məxsus olan 5.44 hektar torpaq sahələri prioritet ictimai maraq kimi tanınıb. 

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, müvafiq qərar fevralın 23-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Bu qərarın qəbulu Abovyan yeraltı qaz anbarının zəmanətli, fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi ilə əlaqədardır. Bu da “Qazprom Ermənistan”ın bu torpaq sahələrinə müvafiq hüququnun qeydiyyatı olmadan mümkün deyil. 

Qaz anbarı Ermənistanda illik (mövsümi) qaz istehlakını tənzimləmək, eləcə də ölkəyə qaz idxalına məhdudiyyətlər yarandıqda istehlakçıları təbii qazla təmin etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Qazprom Ermənistan” QSC Rusiyanın “Qazprom” şirkətinin 100% törəmə şirkətidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin