Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.
Bizim.Media xəbər verir ki, prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər.
Rusiya Prezidenti Vladimir Putinin qeyd etdiyi əsas məsələlər:
- Rusiya Federasiyası Qafqazda istənilən mübahisədə yardım göstərməyə davam edəcək.
- Qarabağda nizamlanma planı üzrə bütün razılaşmaların tam şəkildə əldə edilməsi.
- Azərbaycanla Ermənistan arasında sərnişin və yük əlaqəsini bərpa etmək.
- Moskva və Bakı arasında maliyyə, o cümlədən hesablaşmalarda milli valyutaların aktiv istifadəsi sahəsində əməkdaşlığın gücləndirilməsinun vacibliyi.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi əsas məsələlər:
- Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması yollarını tapmaqda Rusiya əsas tərəfdaşdır.
- Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə gələcək üçün böyük perspektivlər açır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:48 / 22.02.2022
İlham Əliyev və Putin birgə bəyanatla çıxış etdi - VİDEO
Hazırda oxunan: İlham Əliyev və Putin birgə bəyanatla çıxış etdi - VİDEO
Hazırda oxunan: İlham Əliyev və Putin birgə bəyanatla çıxış etdi - VİDEO
61369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.