Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika səfərini yarımçıq qoymasının səbəbi açıqlanıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, o, sabah NATO liderlərinin iclasında iştirak edəcək.
Toplantının onlayn formatda keçiriləcəyi bildirilib.
***
Afrika turnesinə çıxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təcili Ankaraya qayıdıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, Türkiyə liderinin Qvineyaya səfəri ləğv edilib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan 3 Afrika ölkəsinə getdi – Türklərin Dakarda tikdiyi stadionun açılışı olacaq
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Afrika turnesi çərçivəsində Konqo Demokratik Respublikası və Seneqala səfər edib.
Bizim.Media