Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəliblər.
Onların İrəvana gəlişinə etiraz olaraq keçirilən aksiyada vəziyyət gərginləşib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı deputatlar İrəvana gəldilər
Mənbə qeyd edir ki, aksiya iştirakçılarından biri Manuel Manukyan deyib ki, Ermənistan əsgərləri sərhədləri qoruyur, azərbaycanlılar isə sakitcə İrəvana gəlir:
“Bu, qəbuledilməzdir”.
O, azərbaycanlıları görmək üçün polisdən onu içəri buraxmağı xahiş edib. Bundan sonra əlbəyaxa dava düşüb. Polis əməkdaşları onları təxribatlar törətməməyə çağırıb və “digər hərəkətlərlə” hədələyiblər.
Bizim.Media