2020-ci il gəlmişdi, gedir...
Pandemiya və ərazi bütövlüyünün təmini - Zəfər! Azərbaycan indi bu iki nəhəng savaşın qalibi kimi 2021-ci ilə boylanır.
Qubadlı səmasında quşların kollektiv xaosdan harmoniyaya keçidini qeyd edən əsgərimiz düz deyib: “Quşlar da zəfərə sevinir!”.
Çünki Azərbaycan il boyu sözün həqiqi mənasında kənardan olan və xaos yaratmağa yönələn təsirlərin yaratdığı riskli zonadan Zəfərə aparan yolu başa vurmaq üçün böyük zəhmət sərf etdi.
“Economy.gov.az”da verilən məlumatlara görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən ÜDM 3.9 faiz azalmışdır. Lakin həmin dövr ərzində qeyri-neft sənayesi 10.5%, informasiya və rabitə sahəsi 2.7%, kənd təsərrüfatı 1.5%, nəqliyyat və anbar təsərrüfatı 5.5% artmışdır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatında isə deyilir:
“...2020-ci ilin yanvar-avqust aylarında ticarətdə 2286.8 milyon ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.
2020-ci ilin 30 sentyabr tarixinə iqtisadiyyata maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin həcmi əvvəlki ilin müvafiq tarixinə nisbətən 4.4% artaraq 14873.7 milyon manat təşkil etmişdir. 2020-ci ilin 30 sentyabr tarixinə milli valyutada verilən kreditlərin həcmi əvvəlki ilin müavfiq tarixi ilə müqayisədə 8.9% artmışdır.
Beynəlxalq təşkilatların hesabatlarında göstərilir ki, 2020-ci ilin 3-cü kvartalında bir sıra aparıcı Avropa ölkələrində iqtisadiyyatda 6-9% daralma olubsa, Azərbaycanda bu rəqəm 3%-dir.
Bunlar 2020-ci ilin sentyabr ayına olan dövrü əhatə edən göstəricilərin bir qismidir. Bu müddətdə Azərbaycanın pandemiya ilə güclü mübarizəsini də vurğulamaq lazımdır. Çünki pandemiya bütün dünya ölkələri iqtisadiyyatı üçün “ölüm-qalım” məsələsidir. Azərbaycan bir sıra regional və beynəlxalq təşkilatlarda pandemiya ilə mübarizə ilə bağlı təşəbbüslərin adresidir (məsələn, Türk Şurası, Qoşulmama Hərəkatı, BMT).
Bunları nə üçün xatırladırıq? Çünki məhz bu cür mürəkkəb şəraitdə Azərbaycan Zəfər yoluna başladı. Sentyabrın 27-dən noyabrın 10-a qədər (tarixi 44 gün!) başqa tarixi məqamlarla yanaşı, həm ərazi bütövlüyünün təmini, həm də 2021-ci ildə üfüqdə görünəcək mənzərənin yaranması müddəti oldu.
Bu üfüqün ən uca yerində Ruh Yüksəkliyi dayanır! Milli Birlik, Xalq-İqtidar vəhdəti o möhtəşəmliyin mərkəzindədir!
Azərbaycan Ordusunun şücaəti, Azərbaycan əsgərinin qəhrəmanlığı qızıl tac kimi üfüqdə parıldayır!
Üfüqdən tarixi bir Zəfər amili də boylanır: azərbaycanlı gənclər döyüş meydanında azəbaycanlı olduqlarını sübut etdilər.
Bəli, 2020-ci ildə dünyaya göstərdik ki, azərbaycanlılar azərbaycançıdırlar, yəni Vətənsevər və Dövlətsevərdirlər! 300 illik işğal bizi bölə bilməyib!
2021-ci ilin üfüqündə Azərbaycan Prezidentinin, dövlətinin, xalqının, cəmiyyətinin Ədalətli olduğunun nümayişi öz yerini tutub!
Nəhayət, 2021-ci ilin üfüqünün əsas bəzəyi: 2020-ci ildə ən çox böyüyən ölkə - Azərbaycan! Ən çox yüksələn xalq – Azərbaycan xalqı! Ən müdrik Ali Baş Komandan - Azərbaycan Prezidenti! Ən çox şöhrətlənən ordu – Azərbaycan Ordusu! Ən çox öyrənilən ordu – Azərbaycan Ordusu! Ən qəhrəman əsgər – AZƏRBAYCAN ƏSGƏRİ!
Bunlar 2020-ci il üçün “beynəlxalq təşkilatların mütləq reytinq” göstəriciləridir. Qəlbimizdə! Tam bir türk təntənəsi ili...!
Nəticə: 2021-ci ilin üfüqündə Azərbaycan dünyaya Günəş kimi parlayır!
Füzuli Qurbanov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:05 / 24.12.2020
2021-ci ildə Azərbaycanı nələr gözləyir?
Hazırda oxunan: 2021-ci ildə Azərbaycanı nələr gözləyir?
Hazırda oxunan: 2021-ci ildə Azərbaycanı nələr gözləyir?
6129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.