Nəcməddin Sadıkov HƏBS EDİLƏCƏK? - “Xalq bunu tələb edir”

Hazırda oxunan: Nəcməddin Sadıkov HƏBS EDİLƏCƏK? - “Xalq bunu tələb edir”

61262

“Müdafiə Nazirliyində baş verən həbslərin Nəcməddin Sadıkovun həbsinə hazırlıq tədbiri kimi dəyərləndirilməsini doğru hesab etmirəm. Hazırda həbs olunanların bəziləri Nəcməddinlə bəlkə də heç bir dəfə üz-üzə gəlməyib. Amma...”

Bu fikirləri Bizim.Media-ya müsahibəsində hərbi ekspert Ədalət Verdiyev bildirib. 

Belə ki, son günlərdə Müdafiə Nazirliyindəki həbslərin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun həbsinə hazırlıq olduğu ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirən ekspert digər önəmli nüanslara da toxunub:

“Bu həbslərin bir ucunun digər şəxslərə, başqa yüksək vəzifəlilərə gedib çıxacağına şübhə etmirəm. Yəqin ki, biz yaxında yeni həbsləri də müşahidə edəcəyik. İstənilən halda dövlət, hüquq-mühafizə orqanları şikayət olunan şəxslər haqqında, o cümlədən Nəcməddin Sadıkov və digərləri (hansı ki, Azərbaycan Respublikasının milli maraqlarına ziyan vuracaq fəaliyyətlərə yol veriblər) haqqında araşdırmalar başlamalı və onların həbsini təmin etməlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

TƏCİLİ: Nəcməddin Sadikovla bağlı AÇIQLAMA


Ədalət Verdiyev Nəcməddin Sadıkovla yanaşı Azərbaycanın maraqlarına ziyan vuran digər şəxslərin də cəzalandırılmalı olduqlarına diqqət çəkib:

“Tək Nəcməddin Sadıkov deyil ki, Azərbaycan maraqlarına ziyan vuran şəxs. Bu məsələlərə dövlətin təhlükəsziliyi baxımından qiymət verilməli, ordunun, dövlətin malına, mülkünə, puluna uzanan əllər dibindən kəsilməlidir. Onların hamısı Azərbaycan Respbulikasının qanunları çərçivəsində ən sərt şəkildə cəzalanmalıdır. Xalq bunu tələb edir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin