Münhen Təhlükəsizlik Konfransının FİASKOSU – “Ukrayna məsələsi əsas məqsədin gizlədilməsinə xidmət edir”

Hazırda oxunan: Münhen Təhlükəsizlik Konfransının FİASKOSU – “Ukrayna məsələsi əsas məqsədin gizlədilməsinə xidmət edir”

61247

Moskvaya görə, Münhen Təhlükəsizlik Konfransı artıq Transatlantik Forumuna çevrilib, inklüvizlik və obyektivliyini itirib. Münhen Təhlükəsizlik Konfransına sədrlik etmiş Volfqanq İşinqer və onun hazırkı varisi Kristof Heusgenin 2008-dən bəri Rusiyaya qarşı göstərdikləri birmənalı münasibət Transatlantik Forumu ideyasının formalaşmasında yetərli olub.

Belə ki, 2022-ci ildə dünya məsələləri üzrə aparılacaq 182 səhifəlik hesabat Münhen Təhlükəsizlik Konfransında ikinci planda qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskidən xalqa MÜRACİƏT: “Ukrayna heç kimə heç nə verməyəcək” 


Digər diqqət çəkən məqam, Rusiyanın Konfransda iştirak etməməsinə baxmayaraq, ABŞ-ın bütün rəsmi heyəti ilə orada olması olub. Eyni zamanda G7 (“Yeddilər qrupu”) ölkələrinin- Almaniya, ABŞ, Fransa, İngiltərə, İtalya, Yaponiya və Kanada Xarici İşlər Nazirlərinin iclasında gündəm Ukrayna krizisi olub.

Politoloq Tofiq Abbasov Bizim.Media-ya verdiyi müsahibəsində mövzu ilə bağlı “Münhen Konfransında sadəcə mövqelər bir daha yada salındı, xəbərdarlıqlar, hədələr eşidildi.

Ancaq hələ ki, bu proseslərdə ümidverici dönüşlərin şahidi olmuruq və bütün tərəflər öz dediklərindən dönmürlər”, - deyə qeyd edib.

- Münhen Təhlükəsizlik Konfransında Rusiya-Hindistan münasibətləri məsələsi də ön plana çıxarıldı. Sizcə, Rusiya-Hindistan münasibətlərinin prespektivləri, həmçinin Çinlə Avropa üçün hansı əhəmiyyəti daşıyır?

“Birincisi, bu istiqamətdə dünya nəhəng liderləri yeni konfiqurasiyalar üzərində çalışırlar. Çünki əvvəldən, əzəldən formalaşmış müttəfiqlik münasibətləri pozulur, yeni variantlar artıq meydana gəlir. Hindistan, Çin, əlbəttə ki, oyun arenasının düz mərkəzindədirlər.

Bir yandan da Hindistan ABŞ-la yaxınlaşır. Nəzərə alsaq ki, Hindistanla Çinin münasibətlərində həmişə gərgin çalarlar üstünlük təşkil edir və ABŞ Rusiyanın sərhədlərinə yaxın olmaq istəyirsə, həm də strateji əhəmiyyətli Çinin hüdudlarına yaxın olmalıdır”.

Politoloq qeyd edib ki, Çin əgər özünü monolit qüvvə kimi nümayiş etdirirsə, Hindistan daxilində milli birlik məsələsi müəmmalıdır.
 

Hər iki halda, hər ikisi geostrateji mərkəzlərdir və həm resursların, həm də insan kapitalının yüksək olması, tranzit imkanlarının, müxtəlif bazarların olması onları strateji əhəmiyyətini artırır.


Sonda isə Tofiq Abbasov vurğulayıb ki, Ukrayna krizisinin bu qədər gündəmə gətirilməsi bəzi strateji layihə və məsələlərin gizli qalması üçündür. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin