Gorus meri: “Azərbaycanlıları Qafan yolunda da görmək olar”

Hazırda oxunan: Gorus meri: “Azərbaycanlıları Qafan yolunda da görmək olar”

6122

Gorusun meri Aruş Aruşanyan özünün həbsini siyasi təfəkkürlə əlaqələndirib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Gorusun meri Aruş Aruşanyan müsahibəsində bildirib ki, sakinlərin Paşinyana sualları var.

''Lakin əhalinin əsas problemi təhlükəsizliyin təminatıdır''.

''Gün ərzində Vorotan (Bazarçay-red) kəndi ətrafında 26 kilometr ərazi təhvil verilib. Qafan yolunda azərbaycanlıları görmək olar. Yəqin ki, hələ də boşaldacağımız ərazilər var, amma biz buna qarşıyıq. Bu səbəbdən də bizi həbs edirlər''.

Ermənistan hökumətini ərazilərin verilməsində qınayan Aruşanyan bildirib ki, o və Qacaranın meri Manvel Paramazyan oktyabrın 1-də Cəbrayıldakı döyüşlərdə iştirak ediblər.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin