Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı qondarma "Luqansk Xalq Respublikası" və "Donetsk Xalq Respublikası"nın müstəqilliyini tanıdığını bəyan edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib. Daha sonra Rusiya Prezidenti "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Putin təcili iclas keçirir - HANSI QƏRAR VERİLƏCƏK? - VİDEO
Qeyd edək ki, bu gün Rusiya lideri Almaniya kansleri Olaf Şolz və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb və onlara bu barədə müvafiq fərman imzalamaq niyyəti barədə məlumat verib.
Bizim.Media