Bolqarıstan vətəndaşı Ukraynadan tarixi musiqi aləti və qədim qəpiklər çıxartmaq istəyib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Dövlət Sərhəd Xidməti qaçaqmalçılığın qarşısını alıb.
Belə ki, Bolqarıstan vətəndaşı 333 yaşı olan "Stradivari" skripkasını və qədim sikkələri Ukrayna ərazisindən çıxartmağa çalışıb.
Həmin skripkanın üzərində hazırlanma tarixi kimi 1687-ci il göstərilir. O ki qaldı 6 ədəd sikkəyə, qəpiklər 1780-ci ilə aid olunur.
Qeyd edək ki, kimliyi barədə informasiya verilməyən 53 yaşlı Bolqarıstan vətəndaşının əşyaları arasında tapılan eksponatlar dəyərinin müəyənləşdirilməsi üçün ekspertizaya verilib.
Bizim.Media