Gömrükdəki xərclərlə bağlı YENİLİK VAR - Nazirlər Kabineti

Hazırda oxunan: Gömrükdəki xərclərlə bağlı YENİLİK VAR - Nazirlər Kabineti

0:00
0:00
61185

Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda cari il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir antiinflyasiya tədbirləri barədə sərəncam imzaladı


Bizim.Media xəbər verir ki, tapşırığa əsasən “idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflər hazırlanması və on beş gün müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin