Qarabağ Dirçəliş Fondu ilə PwC Azərbaycan arasında kənar audit xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.
Bizim.Media-nın məlumatına görə, PwC Azərbaycan müqavilə çərçivəsində Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun şəkildə hazırlanmış, 31 dekabr 2021 tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının auditini həyata keçirəcək.
Müqaviləni Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev imzalayıblar.
MÖVZU İLƏ BAĞLI:
Qarabağ Dirçəliş Fondunda İCLAS – Mühüm qərarlar verildi
Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə PwC Azərbaycan Fondun kənar auditoru kimi təsdiq olunub.
Qeyd edək ki, PwC dünyanın peşəkar xidmətlər göstərən ən iri şəbəkələrindən biridir. PwC Azərbaycan müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Qlobal şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 300 min nəfərə yaxındır.
Şikrət Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb və hazırda şirkətin Azərbaycandakı ofisində dünyanın bir sıra ölkələrindən 150-ə yaxın mütəxəssis çalışır.
200,000-dən çox qlobal təşkilat, o cümlədən “Fortune Global 500” reytinq cədvəlindəki şirkətlərin 84%-i PwC şirkəti ilə əməkdaşlıq edir.
Bizim.Media