Manaf Ağayev bu təcridxanada SAXLANILIR – AÇIQLAMA 

Hazırda oxunan: Manaf Ağayev bu təcridxanada SAXLANILIR – AÇIQLAMA 

61121

Xəbər verildiyi kimi müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb. Həbs edilən şəxslər artıq 3 gündür ki, cəza çəkirlər.

Bəs, Manaf Ağayev və dostu Sənan Hüseynov harada saxlanılır?

Rəsmi qurumlara bu barədə müraciət etsək də, konkret cavab almaq mümkün olmayıb. Sadəcə Ədliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Manaf Ağayev Daxili İşlər Nazirliyinin tərkibində olan müvəqqəti təcridxanada saxlanılır.
 

MÖVZU İLƏ BAĞLI:

Manaf Ağayevə 15 sutka cəza verildi - FOTO


Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev isə sözügedən həbslərlə bağlı hüquqi prosedura toxunub. O, deyib ki, adətən inzibati məsuliyyətə cəlb olunan şəxslər Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır:

“Qanunla orada saxlanılmalıdır. Əgər Binəqədi Rayon polis İdarəsinin müvəqqəti təcridxanasında yer yoxdursa, aidiyyəti polis idarəsinin müvəqqəti saxlanma kamerasına köçürülə bilər. Nadir hallarda bu, baş verir. Manaf Ağayev barəsində Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Qeyd etdiyim kimi, əgər Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti təcridxanasında yer olmasa, demək ki, o, Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlanma kamerasında da cəza çəkə bilər. Bu təcridxanalar isə Bakı Şəhər Baş Polis İdarəsinə tabedir”.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində müğənni və yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz və icazəsiz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb və hər ikisinə 15 sutka həbs qəti imkan tədbiri seçilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin