Hindistan vətəndaşları da Ukraynanı tərk edəcək – ÇAĞIRIŞ EDİLDİ

Hazırda oxunan: Hindistan vətəndaşları da Ukraynanı tərk edəcək – ÇAĞIRIŞ EDİLDİ

61115

Hindistan Rusiya ilə Ukrayna arasında vəziyyətin gərginləşməsi və qeyri-müəyyənlik səbəbindən vətəndaşlarını müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Hindistanın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Ukraynadakı vəziyyətlə bağlı davam edən yüksək gərginliyi və qeyri-müəyyənliyi nəzərə alaraq, qalmaları zəruri hesab edilməyən bütün Hindistan vətəndaşlarına və bütün hind tələbələrinə Ukraynanı müvəqqəti tərk etmələri tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Avstraliya və Fransa da daxil olmaqla bir sıra ölkələr öz vətəndaşlarına Ukraynanı dərhal tərk etməyi tövsiyə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin