Ölkədə elektrik enerjisi istehsalı artıb - FOTO 

Hazırda oxunan: Ölkədə elektrik enerjisi istehsalı artıb - FOTO 

61113

2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt·st, yaxud 7.9 faiz artması deməkdir.

Bizim.Media xəbər verir ki, hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 190,3 mln. kVt·st artaraq 2450,3 mln. kVt·st, SES-lərdə 3,4 mln. kVt·st artaraq 81,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 5,5 mln. kVt·st azalaraq 24,7 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 6,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 3,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 14,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ötən il 2,75 min sahibkar elektrik enerjisi şəbəkəsinə qoşulub


Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 2333,5 mln. kVt·st (İES-lərdə 2256,2 mln. kVt·st, SES-lərdə 77,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 mln. kVt·st (İES-lərdə 23,27 mln. kVt·st, SES-lərdə 2,86 mln. kVt·st, GES-də 3,04 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 3,82 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 190,1 mln. kVt·st təşkil edib.

Yanvar ayında elektrik enerjisinin ixracı 247,2 mln. kVt·st olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 mln. kVt·st artıb. Elektrik enerjisinin idxalı isə 10,7 mln. kVt·st olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 mln. kVt·st azalıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin