“Rusiya, Belarus, Qazaxıstan və Ukrayna bir dövlətin tərkibində olacaq” - Qırğızıstan, Ermənistan da bura qoşulacaq

Hazırda oxunan: “Rusiya, Belarus, Qazaxıstan və Ukrayna bir dövlətin tərkibində olacaq” - Qırğızıstan, Ermənistan da bura qoşulacaq

61087

Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov gələcəkdə Rusiya, Belarus, Qazaxıstan və Ukraynanın bir dövlətin tərkibində olacağı fikrini bildirib.

Bizim.Media xəbər verir ki, o, bu barədə URA.RU-ya müsahibəsində deyib.

“Sovet İttifaqının dağılmasından dərhal sonra onlar elə bilirdilər ki, Rusiya, Belarus, Ukrayna və Qazaxıstan bir yerdə olacaq. Biz Qazaxıstanla həmişə bir yerdə olmuşuq və onun geniş əraziləri Sovet İttifaqı dövründə ilhaq edilib”, - deputat vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT qoşunları Qırğızıstana girəcəkmi? – Politoloqdan PROQNOZ


O, həmçinin qeyd edib ki, yeni dövlət yəqin ki, başqa adda olacaq.

“İngiltərədən fərqli olaraq, bizim heç vaxt müstəmləkələrimiz olmayıb, biz həmişə bu mənada gedib ərazilərimizi az-çox sülh yolu ilə mənimsəmişik, kənarları ilhaq etmişik. Yaxın gələcəkdən danışarkən deyə bilərəm ki, öz təhlükəsizliklərinin olmadığını başa düşən Qırğızıstan, Ermənistan da bu dövlətə daxil ola bilər”, - Kalaşnikov yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin