Fransa prezidenti Emmanuel Makron Ukraynadakı vəziyyət fonunda prezident seçkilərində namizədliyini fevralın son həftəsinə qədər təxirə salıb.
Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı “Fransinfo” radiostansiyasının saytı mənbələrə istinadən yayıb.
Radiostansiyanın həmsöhbətlərinin sözlərinə görə, Makronun namizədliyini gələn həftə, fevralın 26-da Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi başlamazdan əvvəl və ya onun açıldığı gün rəsmən irəli sürəcəyi güman edilirdi, lakin Ukraynada vəziyyətin pisləşməsi “bu planları dəyişib”.
“Emmanuel Makron fevralın 28-dək özünü prezidentliyə namizəd kimi elan etməyəcək”, – nəşr yazır.
Radiostansiya qeyd edir ki, bu, namizədliyin irəli sürülməsi üçün mümkün olan son həftədir, çünki martın 4-dək Fransa prezidentliyinə namizədlərdən ölkənin Konstitusiya Şurasına onların dəstəklənməsi üçün seçilmiş şəxslərin 500 imzasını təqdim etmələri tələb olunur.
Bundan əvvəl məlum olub ki, Fransa prezidenti Emmanuel Makron və Vladimir Putin üçtərəfli təmas qrupunun danışıqlarını bazar ertəsi, fevralın 21-də keçirmək barədə razılığa gəliblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:56 / 20.02.2022
Makron Fransa prezidentliyinə namizədliyini təxirə saldı – SƏBƏB
Hazırda oxunan: Makron Fransa prezidentliyinə namizədliyini təxirə saldı – SƏBƏB
Hazırda oxunan: Makron Fransa prezidentliyinə namizədliyini təxirə saldı – SƏBƏB
61059
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.