Donetsk və Luqanskdan 53 mindən çox sakin Rusiya sərhədini keçdi

Hazırda oxunan: Donetsk və Luqanskdan 53 mindən çox sakin Rusiya sərhədini keçdi

61055

Özünü “DXR” və “LXR” adlandıran “respublikalardan” 53 mindən çox qaçqın Rusiya sərhədini keçib.

Bizim.Media  “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Aleksandr Çupriyan deyib.

Bazar günü axşam Rostov şəhərində LXR və DXR-dən olan qaçqınlarla bağlı vəziyyət üzrə fövqəladə hallar komissiyasının növbəti iclası keçirilib.

“Yerli vaxtla saat 19:00-a qədər Ukraynanın iki qonşu vilayətinin 53 mindən çox sakini sərhədi keçib. Onlar təxliyyə edilib, 142 avtobusa mindirilərək 101 müvəqqəti yaşayış məntəqəsinə aparılıb”, - Çupriyan jurnalistlərə bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin