Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin (TF-X) yaxın üç ildə ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.
Bizim.Media “Eurasian Times” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin dövlət aerokosmik şirkəti Sinqapur Hava Sərgisində TF-X döyüş təyyarəsinin real ölçüdə maketini nümayiş etdirib.
Fevralın 15-dən fevralın 18-dək təyyarə modeli Changi Sərgi Mərkəzində olub. TF-X “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35 Lightning II”yə bənzəyən beşinci nəsil qırıcıdır.
Təyyarələr 2030-cu ilə qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz etməlidir.
TF-X, əsasən “hava-hava” missiyaları üçün nəzərdə tutulan ikimühərrikli çoxməqsədli qırıcıdır, lakin o, həm də yer hədəflərini vurmaq üçün istifadə edilə bilər.
Türkiyə Dövlət Aerokosmik Şirkəti bildirir ki, TF-X proqramı çərçivəsində bütün kritik funksiyalar təmin edildikdən sonra Türkiyə belə texnologiyanın mövcud olduğu azsaylı ölkələrdən birinə çevriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:39 / 20.02.2022
Türkiyə yeni qırıcı təyyarəsini nümayiş etdirdi – F-16-ları ƏVƏZ EDƏCƏK
Hazırda oxunan: Türkiyə yeni qırıcı təyyarəsini nümayiş etdirdi – F-16-ları ƏVƏZ EDƏCƏK
Hazırda oxunan: Türkiyə yeni qırıcı təyyarəsini nümayiş etdirdi – F-16-ları ƏVƏZ EDƏCƏK
61014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.