Ərdoğan 3 Afrika ölkəsinə getdi – Türklərin Dakarda tikdiyi stadionun açılışı olacaq

Hazırda oxunan: Ərdoğan 3 Afrika ölkəsinə getdi – Türklərin Dakarda tikdiyi stadionun açılışı olacaq

61009

Fevralın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, dörd gün davam edəcək səfər ərzində Türkiyə Prezidenti üç Afrika ölkəsində olacaq.

Prezident Ərdoğan ilk olaraq Konqo Demokratik Respublikasına gedəcək. Türkiyə Prezidenti daha sonra Seneqala və Qvineya-Bisauya gedəcək.

Səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, gənclər və idman naziri Mehmet Məhərrəm Kasapoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmir müşayiət edib.

Səfər çərçivəsində təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Türkiyə ilə Afrika ölkələri arasında diplomatik, ticarət və humanitar sahələr üzrə atılacaq addımlar müzakirə olunacaq, ikitərəfli ticarət müqavilələri ətrafında fikir mübadilələri aparılacaq.

Prezident Ərdoğanın seneqallı həmkarı ilə birlikdə paytaxt Dakarda türk şirkəti tərəfindən inşa edilən 50 min nəfərlik “Dakar Olimpiya Stadionu”nun açılış mərasimində iştirakı gözlənilir.

Qeyd edək ki, bu, prezident səviyyəsində Türkiyədən Qvineya-Bisauya ilk rəsmi səfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin