Donbasın 40 mindən çox sakini Rusiyanın Rostov vilayətinə gedib – MÜHARİBƏ QAÇILMAZDIR?

Hazırda oxunan: Donbasın 40 mindən çox sakini Rusiyanın Rostov vilayətinə gedib – MÜHARİBƏ QAÇILMAZDIR?

60989

Rostov vilayətinə 40 mindən çox Donbas sakini gəlib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan bildirib.

“Ukraynanı tərk etmək məcburiyyətində qalan 40 mindən çox insan Rusiya ərazisinə gəlib. İndi onlar müvəqqəti yaşayış yerlərində Rostov vilayətində yerləşirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə, Donbasdan 2 mindən çox qaçqın qatarla Voronej və Kursk vilayətlərinə göndərilib.

Operativ qərargah Donbasdan olan qaçqınların hər hansı problemi ilə bağlı mətbuatda çıxan bütün məlumatları yoxlayır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin