"Ukraynaya təcavüz edərsə, ABŞ Rusiyaya cavab verəcək" - Dövlət katibi

Hazırda oxunan: "Ukraynaya təcavüz edərsə, ABŞ Rusiyaya cavab verəcək" - Dövlət katibi

0:00
0:00
60965

"ABŞ Ukraynaya qarşı aqressiv addımlar atacağı təqdirdə Rusiyaya cavab verməyə hazırdır".

Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuata müsahibəsində deyib.

"Vəziyyəti həll etmək üçün diplomatik yol tapmaq şansı olarsa, bunu etməkdə qərarlıyıq, lakin Rusiyaya təcavüz edərsə, cavab verməli olacağıq", - Blinken bildirib.

ABŞ dövlət katibi Rusiya ilə Ukrayna arasında müharibənin fəlakət olacağına da diqqət çəkib.

Diplomat, eyni zamanda, belə bir ssenarinin heç kimin maraqlarına cavab vermədiyini vurğulayıb.

"Əgər 3 milyona yaxın insanın yaşadığı Kiyevə hücum olarsa, bu, fəlakət olacaq. Ukraynalılar Rusiya hərbçilərini qucaq açaraq qarşılamayacaqlar. Təbii ki, bunun çox ciddi nəticələri olacaq”, - Blinken əlavə edib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin