Gəncədə buster doza vaksin olunanların sayı artdı

Hazırda oxunan: Gəncədə buster doza vaksin olunanların sayı artdı

60918

Gəncə şəhərində buster doza üzrə peyvənd olunanların sayı 55 103 nəfərə çatıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu məlumatı Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ yayıb. 

Qeyd olunub ki, son günlər əhali arasında COVİD-19 əlehinə vaksinasiyanın üçüncü dozasının vurulmasına maraq artıb.

Belə ki, son 4 gündə buster doza üçün orta hesabla 7 mindən çox insan müraciət edib.

Bu günə kimi Gəncədə ümumilikdə 348 022 doza vaksin vurulub.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin