AMEA-nın yeni prezidenti növbəti Ümumi Yığıncaqda seçiləcək.
Bizim.Media-nın xəbərinə görə, bunu akademik Nizami Cəfərov deyib.
MÖVZU İLƏ BAĞLI:
Ramiz Mehdiyev AMEA iclasında nə DEDİ?
O, seçkilərin yaxın vaxtlarda keçiriləcəyini bildirib.
Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verib. Fevralın 19-da akademiyanın Ümumi Yığıncağı keçirilib. Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.
Şahnaz, Bizim.Media